"Barselona"nın 9 futbolçusu Kataloniya millisində

"Barselona"nın 9 futbolçusu Kataloniya millisində
01:11 26 Dekabr 2014
101 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 28-də Bask millisi ilə yoldaşlıq oyunu keçirəcək Kataloniya milli komandasına “Barselona”dan 9 futbolçu dəvət olunub.

ANS PRESS-in məlumatına görə, "Barselona"dan qapıçı Xordi Masip, müdafiəçilər Xerard Pike, Mark Bartra, Xordi Alba, Martin Montoyya, yarımmüdafiəçilər Serxi Samper, Xavi, Serxi Roberto, Serxio Buskets Kataloniya millisinə çağrılıb.

Kataloniya millisinə çağrılan digər futbolçular “Espanyol”, “Sevilya”, “Selta”, “Qranada”, “Red Bull”, “Vilyarreal”, “Real Sosyedad” və “Xetafe” klublarınından dəvət edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=316345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR