Bakıda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb - FOTOSESSİYA

Bakıda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb - FOTOSESSİYA
03:27 26 Dekabr 2014
140 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 03:16 ]

Bakı. Mahir Məmmədli-APA. Bakının Binəqədi rayonunda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Lökbatan-Xocahəsən yolunda qeydə alınıb. Xocahəsən qəsəbəsindən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "Volkswagen" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Sürətlə hərəkət edən minik avtomobili "Shacman" markalı yük maşınına çırpılıb.

 

"Volkswagen" sürücüsü toqquşmadan sonra maşını saxlamayıb və hərəkəti davam etdirib. Lakin maşının sağ təkəri oxundan çıxıb. Sürücü bundan xəbər tutduqdan sonra avtomobili saxlamaq istəsə də, buna nail ola bilməyib. Nəticədə maşın yolun kənarındakı yarğana düşüb. Sürücü isə deformasiyaya uğrayan avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR