Rumıniya və Macarıstanın birgə ev sahibliyi etdiyi qadın basketbolçuların Avropa çempionatında üçüncü yarımfinalçı müəyyənləşib.
Metbuat.az-ın məlumatına görə, İspaniya Çernoqoriyayla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matçın qalibi son saniyələrdə müəyyənləşib. İspaniya basketbolçuları 75:74 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəliblər.
Avrobasket-2015, 1/4 final mərhələsi
İspaniya - Çernoqoriya - 75:74
İspaniya yarımfinalda Fransa - Rusiya cütünün qalibiylə qarşılaşacaq.