"Neftçi" iyulun 2-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ilk matçına çıxacaq.
“Bakcell Arena”da keçiriləcək oyunda “Neftçi” “Mladost”u (Monteneqro) qəbul edəcək.
Metbuat.az-ın məlumatına görə, artıq görüşü idarə edəcək hakimlər məlumdu. Oyun türkiyəli hakimlərə əlavə olunub.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
21:00. "Neftçi" - "Mladost" (Çernoqoriya)
Baş hakim: Ali Palabıyık
Baş hakimin köməkçiləri: Cem Satman, Ceyhun Sesigüzel
Dördüncü hakim: Hakan Ceylan
Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan)