Azərbaycanda ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan əcnəbilərin sayı açıqlanıb

13:52 22 Yanvar 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:46 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Keçən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 2482 nəfərdən 68 nəfəri xarici ölkə vətəndaşları olub.

 

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb.

 

Əcnəbilərdən 32-si İran İslam, 22-si Gürcüstan, 8-i Rusiya Federasiyası, 2-si Türkiyə, 1-i Litva, 1-i Ukrayna, 1-i Türkmənistan, 1-i isə Kanada vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından 200 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR