“Reklam haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır

14:02 22 Yanvar 2015
162 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:56 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda uzun zamandır müzakirəsi gözlənilən “Reklam haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır.

MM-dən APA-ya verilən məlumata görə, yeni qanun layihəsi fevralın 2-də keçiriləcək plenar iclasın gündəliyinə salınıb. İki fəsil və 38 maddədən ibarət yeni qanun layihəsi Azərbaycanda müxtəlif məkanlarda reklamla bağlı boşluqların doldurulması məqsədini daşıyır. Qanun layihəsi bir neçə dəfə ictimai dinləmələrdən də keçib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR