Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, Qurban Qurbanov yetirmələrini Avstriyanın "Horn" klubu ilə oyunda sınayacaq.

Oyun Azərbaycan çempionunun məskunlaşdığı Kössen qəsəbəsinin meydançasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20.45-də start götürəcək.
Qeyd edək ki, Avstriyada 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Qarabağ" iyulun 3-də "Styauya" (Rumıniya), 7-də isə "Lokomotiv"lə (Moskva, Rusiya) qarşılaşacaq. Komanda iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı (Çernoqoriya) qəbul edəcək.

Yoхlama oyunu
30 iyun

20.45 Qarabağ (Azərbaycan) - Horn (Avstriya)
Avstriya. Kössen qəsəbəsi.

Fanat.az