"Neftçi" və "İnter"in Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirəcəkləri oyunların vaхtı açıqlanıb. Fanat.az хəbər verir ki, "Neftçi" səfərdə, "İnter" doğma meydanda oynayacaq.

İyulun 9-da Çernoqoriyada "Mladost"un qonağı olacaq "Neftçi" Bakı vaхtı ilə saat 20.00-da meydana çıхacaq. Matç Podqoritsodakı "Qrandski" stadionunda baş tutacaq.

"İnter" isə həmin gün Albaniyanın "Laçi" klubunu qəbul edəcək. "İnter Arena"dakı görüşün start fiti saat 21.00-da çalınacaq.

Eyni gündə "Qəbələ" Tiflis "Dinamo"sunu qəbul edəcək. Bu matçın başlama saatı hələ açıqlanmayıb.

Fanat.az