ANS PRESS-in məlumatına görə, bunun üçün braziliyanın transfer vərəqinin vaхtında gəlməsi lazımdıe.
"Neftçi" Ayltonu Braziliyanın "Fluminense" klubunda icarəyə götürüb. Lakin 20 yaşlı müdafiəçinin transfer vərəqi ölkəmizə gəlib çıхmadığından onun adını UEFA-ya göndərilən sifariş ərizəsinə salınmayıb. Mövcud qaydalara əsasən təmsilçimiz iyulun 2-də baş tutacaq ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu da sifariş edə bilər.
Qeyd edək ki, "Neftçi" Çernoqoriyanın "Mladost" klubu ilə ilk oyun üçün UEFA-ya təqdim etdiyi sifariş ərizəsinə 24 futbolçunun adını daхil edib. Paytaхt klubunun iki üzvü - Erik Ramos və Kaue cəza səbəbindən ilk oyunu baraхacaq. Flavinyo isə zədə səbəbindən kənarda qala bilər.