Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoхlama oyununu keçirir. ANS PRESS-in məlumatına görə, Qurban Qurbanov yetirmələrini Avstriyanın "Horn" klubu ilə oyunda sınayır.

Oyun Azərbaycan çempionunun məskunlaşdığı Kössen qəsəbəsinin meydançasında keçirilir. Görüş Bakı vaxtı ilə saat 20.45-də start götürür.

Qeyd edək ki, Avstriyada 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Qarabağ" iyulun 3-də "Styauya" (Rumıniya), 7-də isə "Lokomotiv"lə (Moskva, Rusiya) qarşılaşacaq. Komanda iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı (Çernoqoriya) qəbul edəcək.

Yoхlama oyunu
30 iyun

20.45 Qarabağ (Azərbaycan) - Horn (Avstriya) 3:4
Qollar: Reynaldo, 48; 67 - Rakovits, 16; 25. Sakaki, 25.
Avstriya. Kössen qəsəbəsi.