Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq. Fanat.az хəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaхtı ilə saat 17.30-da başlayacaq.

2016-cı ildə Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə Avropadan 7 komanda vəsiqə qazanacaq. "Köhnə qitə" təmsilçiləri üç mərhələdə mübarizə aparacaq. Təsnifat mərhələsində 23 komanda 6 qrupa bölünəcək.

1-ci səbət: Cəbəllütariq, Estoniya, Uels, Malta, San-Marino
2-ci səbət: Andorra, Albaniya, İsveç, Cənubi Kipr, Danimarka, İsveçrə
3-cü səbət: Moldova, İngiltərə, Çernoqoriya, Litva, Bolqarıstan, Ermənistan
4-cü səbət: Latviya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İsrail

Azərbaycan yığması mübarizəyə əsas mərhələdən başlayacaq. Təsnifat mərhələnin 6 qalibi yüksək reytinqli 22 komandaya qoşulacaq. Mübarizə 7 qrupda gedəcək.
5-ci səbət (meydan sahibləri): İtaliya, Portuqaliya, Xorvatiya, Çexiya, Macarıstan, Hollandiya, Türkiyə
6-cı səbət: Norveç, təsnifat mərhələsinin qalibləri
7-ci səbət: Belarus, Belçika, Bosniya və Herseqovina, Qazaxıstan, Polşa, Makedoniya
8-ci səbət: Serbiya, Rumıniya, Sloveniya, Azərbaycan, Slovakiya
9-cu səbət: İspaniya, Rusiya, Ukrayna
Təsnifat mərhələsi bu il oktyabrın 22-25-də, əsas mərhələ dekabrın 10-13-də keçiriləcək. Hər qrupdan iki komandanın yüksələcəyi "pley-off"un qarşılaşmaları isə 2016-cı il martın 22-də və aprelin 12-də baş tutacaq.

Fanat.az