ADİU rektoru müəllimlərlə görüşüb. - FOTO

17:32 22 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 17:27 ]


Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov ali təhsil ocağının İngilis Dilində Tədris Mərkəzinin (İDTM) müəllimləri ilə görüşüb.

 

Ali məktəbin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə ADİU-da tədrisin keyfiyyətinin artırılması, mərkəzin inkişaf strategiyası müzakirə olunub. Müəllimlər tədris proqramlarının formalaşdırılması, yazılı imtahanların elektronlaşdırılması, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi və digər məsələlərlə bağlı təkliflərini veriblər. Rektor İDTM-də tədrisin keyfiyyətini daha da artırmaq üçün laboratoriyaların quraşdırılması barədə tapşırıq verib.
 

Qeyd edək ki, ADİU-nun İngilis dilində Tədris Mərkəzi 2014-cü il oktyabrın 20-də yaradılıb. Mərkəzdə əsasən xaricdə təhsil almış mütəxəssislər dərs deyir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR