"Ümumi baxanda normal nəticədi. Səfərdə əks hücumlarda rəqibi cəzalandıra bilərik. Hələ heç nə itirilməyib. Oyunçuların bəziləri zədəli halda oyunu sona kimi davam etdirdilər. Bu gün meydanda mübariz komanda var idi. Əlimizdə nə var idisə onlardan istifadə etdik", - deyə Əliyev bildirib.

Samir Əliyev
Qonaqların “Mladost” klubunun baş məşqçisi Nikola Rakoyeviç Avropa Liqasının I təsnifat mərhələsininin “Neftçi” ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib: “Düzdür, bu hesabla qane oldum. Çünki evə ümidlə qayıdırıq. Hələ ki, hər iki komandanın şansı var. “Neftçi”də çox dəyişiklik olub. Rəqibin iki oyununun diskinə baxmışdıq. Hər iki komanda bir-birinidən xəbərsiz idi. “Nefçi” son yoxlama oyunlarında qol vura bilməmişdi. Həqiqətən də rəqib xeyli dəyişilib."Neftçi" son 3 oyundu qol vura bilmirdi, amma bu oyunda 2 qol birdən vurdu. Birinci qol bəxtləri gətirdi, ikinci müdafiəçimizin səhvindən vuruldu”.

Nikola Rakoyeviç