"Neftçi"nin Cavid İmamverdiyevi Avropa Liqası üçün sifariş etməməsinin səbəbi müəyyənləşib. Goal.az xəbər verir ki, bakılılar Çernoqoriya "Mladost"u ilə ilk görüş öncəsi seçim qarşısında qalıblar.

Belə ki, "ağ-qaralar" ya braziliyalı yeni transfer Ayltonu, ya da İmamverdiyevi sifariş edə bilərmişlər. Sonda məşqçilər korpusu Ayltonun üzərində seçim edib. "Neftçi" İmamverdiyevi yalnız Avroliqada ikinci təsnifat mərhələsinə yüksələcəyi halda sifariş edə biləcək.

Milli.Az