Ölkə çempionu “Qarabağ” iyulun 15-də Çempionlar Liqasında ilk sınağına çıxacaq. Fanat.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya “Rudar”ını qəbul edəcək.


Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq qarşılaşmanın biletləri İyulun 10-dan etibarən satışda olacaq.


Azarkeşlər biletləri Respublika stadionunun kassalarından əldə edə biləcəklər.

Bu mövsüm ölkəmizdə keçiriləcək ilk Çempionlar Liqası matçı üçün biletlərin satış qiyməti 1, 2 və 20 AZN-dir.


12-17-ci və 29-38-ci sektorlar üçün bilet qiyməti 2 AZN, digər sektorlar isə 1 AZN-dir.


VİP bölməyə biletin qiyməti isə 20 AZN nəzərdə tutulub.


Fanat.az