Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, bir nəfər öldü

Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, bir nəfər öldü
10:12 23 Yanvar 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax yolunda iki yük maşını toqquşub
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "Shacman" və "QAZ" markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyidi çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR