"Çelsi" "Stok Siti"nin qolkiperi Asmir Beqoviçin transferini rəsmiləşdirib.

Metbuat.az "zadəganlar"ın rəsmi saytına istinadən məlumat verir ki, bosniyalı qapıçı tibbi müayinədən keçdikdən sonra 4 illik müqaviləyə imza atıb.

"Arsenal"a transfer olunan Petr Çexin boşluğunu dolduran Beqoviç həm də çexiyalıya məxsus 1 nömrəli formanı geyəcək. Onun komandanın əvəzedici qapıçısı olacağı gözlənilir.

"Çelsi" yeni qapıçısını təqdim etdi (FOTO)