Azərbaycanda Yeni il bayramı günlərinin hava proqnozu açıqlanıb

15:52 26 Dekabr 2014
89 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 15:47 ]


Bakı. Gülnar Bəşirova- APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorlogiya Departamenti 31 dekabr-1 yanvarda gözlənilən ilkin hava proqnozunu açıqlanıb.

Departamentindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur.
 

Havanın temperaturunun səhər və gündüz 4-6, axşam 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yanvarın 01-də soyuq, küləkli hava şəraitinin davam edəcəyi, temperaturun gündüz saatlarında 1-3 dərəcə isti olacağı, axşama doğru isə 0 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır. İlkin ehtimala görə Abşeron yarımadasında yağıntının sulu qara keçəcəyi istisna olunmur.

Azərbaycanın rayonlarında dekabrın 31-də günün ikinci yarısında əsasən şimal və şərq rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yanvarın 1-də hava şəraitinin əksər rayonlarda yağıntılı olacağı, bəzi rayonlarda sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.
 

Qeyd edilib ki, nazirlik yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim edəcək.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR