Bu şəkli siləcəklər (FOTO)

Bu şəkli siləcəklər (FOTO)
16:06 26 Dekabr 2014
123 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda xəttə buraxılan yeni avtobuslar sərnişinlər arasında çaşqınlıq yaradıb.

ANS PRESS-in məlumatına görə, yeni avtobuslarda qoyulan it şəkli problemlər yaradıb. Bu barədə Azərbaycan teatr və kino aktyoru İlqar Cahangir öz Facebook səhifəsində yazıb: "65-i gözləyirdim ki, təzə avtobus gəldi. Dedim siftə edim. Qalxıb oturdum. Gördüm ki, üzbəüz oturanlar, solda duranlar mənə baxır. Aktyoram da, hamı tanıyır. Sevinərək sağıma baxdım. Gördüm ki, itin yerində oturmuşam. Sən demə ona görə baxırmışlar".

Maraqlıdır, doğrudanmı yeni avtobusda it şəkili vurulan yer itlər və digər ev heyvanları üçün nəzərdə tutulub. Məsələyə aydınlıq gətirmək üçün Bakıda işləyən 65 saylı avtobus xəttinin tabe olduğu “Xaliq Faiqoğlu” MMC-nin şöbə müdiri Füzuli Sadıqovla əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi məlumata görə, əslində hər şey düşündüyü kimi deyil.

“Yeni avtobuslarda vurulan it şəkli onu göstərir ki, əgər qucağında ev hayvanı saxlayan sərnişin minərsə həmin yerdə dayanmalıdır. Türkiyədə və başqa ölkələrdə bir çox insan it və pişiklə birlikdə nəqliyyat minirlər. Görünür bu bizim sərnişinlər üçün qəribə gəlib. Mən göstəriş verəcəyəm ki, bu gündən həmin şəkil avtobuslardan götürülsün. Həmin yerdə əlin əheyvan tutmayan sərnişinlər də dayana bilər”, - deyə Füzuli Sadıqov bildirib.

Füzuli Sadıqov onu da əlavə edib ki, yeni avtobuslardan əlillərin istifadəsi üçün də şərait yaradılıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=316469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR