Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna bir neçə hadisə səbəb kimi göstərilir. Belə ki, Berenin Kənanın qardaşı Ozan Doğulunun böyük qızının ad gününə səbəbsiz yerə getməməsi, eləcə də eltisi Ece ilə küsülü olması cütlüyün münasibətində soyuqluq yaranması iddiasını gücləndirir. Bundan başqa, aktrisanın sosial şəbəkədə siyasi məzmunlu paylaşımlar etməsi qayınanası Serpil Doğulunu əsəbləşdirib.
O, gəlininə bu cür yazılarıyla oğulları və nəvələri daxil olmaqla bütün ailəyə zərər verəcəyi ilə bağlı xəbərdarlıq edib. Kənanın sonuncu konserti zamanı Berenin qayınanası ilə eltisinin yanında deyil, səhnə arxasından həyat yoldaşını izləməsi aktrisanın onlarla yola getməməsi iddialarını bir daha təsdiq edib.