Türkiyənin ən məşhur cütlüklərindən biri Beren Saat ilə Kənan Doğulunun evliliyi üzərində qara buludlar dolaşır. ANS PRESS-in məlumatına görə, şayiələrinə səbəb 1 ayda iki ayrı layihədə birlikdə yer alan populyar cütlüyün çəkilişlər zamanı bir-biri ilə soyuq davranması olub.

Bir il əvvəl evlənən Beren Saat və Kənan Doğulu cütlüyü arasında yaşananlar Türkiyə şou-biznesində bomba effekti yaratdı.

Gərginliyin ilk dəfə böyük eltisi ilə - Kənanın böyük qardaşı Ozan Doğulunun həyat yoldaşı Ece Doğulu ilə Beren arasında yarandığını deyir. Beren Ece Doğulunun böyük qızı Aryanın ad gününə getməyib və bundan sonra gərginlik daha da artıb.

Qaynanası Beren Saata: "Ailəmə zərər vurursan" (FOTO)
Kənan Doğulu konsertdən sonra pərəstişkarlarının əhatəsində


Danışılan dedi-qodulara görə, Berenin qaynanası Serpil Doğulu da bu söhbətə qarışıb. Serpil xanım gəlininin sosial şəbəkədən siyasi paylaşımlar etməsinə qarşı çıxaraq ona xəbərdarlıq edib.

Gözəl aktrisanın qaynanası gəlininin sərt çıxışların oğulları və nəvələri daxil olmaqla bütün ailəyə zərər verecəyini gəlininə söyləyib. Qaynananın bu xəbərdarlığına baxmayaraq Beren Saat sosial şəbəkədə eyni məzmunlu paylaşımları etməkdə davam edir.

Qaynanası Beren Saata: "Ailəmə zərər vurursan" (FOTO)
Beren Saat və Kənan Doğulu


Bu yaşananların nəticəsi olaraq həm Serpil Doğulu, həm də Ece Doğulu aktrisa ilə münasibətləri dondurmağa qərar verib. Qaynananın Beren Saatin Instagram hesabını izləməməsi iddiaları güçlendirdi...

Kənan Doğulunun İstanbulda verdiyi son konsertlərində gərginlik gün kimi aydın oldu. Serpil Doğulu oğlunu böyük oğlu Ozan Doğulunun həyat yoldaşı Ece ilə ən ön sıradan, Beren isə həyat yoldaşını pərdə arxasından izlədi.

Qaynanası Beren Saata: "Ailəmə zərər vurursan" (FOTO)
Beren Saatın qaynanası Serpil xanım və eltisi Ece Doğulu


Konsert boyu aktrisa nə qaynanasına, nə də eltisinə yaxınlaşmadı, onlarla salamlaşdığını isə görən olmadı. Beren ərinin bir çox konsertlərində Serpil xanım və eltisi Ece Doğuludan uzaq qaldı. Bir sözlə, müşahidələr vəziyyətin daha ciddi olduğunu üzə çıxardı.