Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb

17:22 24 Yanvar 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 17:16 ]


Saatlı. Əlibəy Zeynallı - APA. Saatlı rayonunda qanunsuz ov edilməsi faktı aşkarlanıb.

 

Saatlı rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə,  polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Sarısı gölündə qanunsuz ovla məşğul olan rayon sakinlərini tutulub. Ərazi Ekologiya idarəsi və rayon  Polis Şöbəsinin əməkdaşlarının birgə     keçirdiyi    tədbirlər   zamanı   Saatlı  rayon sakinləri Ülkər  Qarayev   və  Zahid Novruzov qanunsuz ov edən zaman  saxlanılıb. Keçirilən reyd  zamanı onların idarə etdikləri avtomobil saxlanılaraq ona baxış keçirilib.

 

Avtomobildən qanunsuz ovlanmış 23 ədəd müxtəlif növ ov quşları və sənədsiz  2 ədəd ov  tüfəngi   aşkar edilərək götürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR