Bu gün Türkiyənin tanınmış müğənnisi Sibel Can doğum gününü qeyd edir. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Bu gün mənim ad günümdür. Mənimlə eyni gündə rəhmətlik anam da dünyaya gəlmişdi. Bu gün onun da ad günüdür. Ad günümüzü illərlə birlikdə keçirtdik. O, dünyasını dəyişəndən sonra mənim üçün hər əskik olub. Hər il olduğu kimi yenə də hər zaman olduğu kimi oğlanlarım və qızım saat 12-ni keçən kimi məni təbrik etdilər və çiçəklər bağışladılar. Mən sizi çox sevirəm övladlarım”.
Qeyd edək ki, S.Can 1970-ci ildə İstanbulda dünyaya gəlib. Musiqi sənətinə 14 yaşında olarkən oriental rəqqasəliklə başlayıb. İfaçılıq sənətinə gəlməsində Türkiyənin tanınmış sənətçisi Orxan Gəncəbayın böyük köməyi olub. İlk albomunu 1987-ci ildə çıxarıb və satış rekordu qırıb.














