“Türkiyədə özümə qarşı gördüyüm diqqəti Azərbaycanda görmədim”

Türkiyənin məşhur “Ve kazanan” müsabiqəsində möhtəşəm çıxışı ilə ikinci olan Leyla Rəhimova Lent.az-a müsahibə verib.

- İstərdim ki, özün barədə məlumat verəsən? Neçə ildir bu sənətdəsən?

- Musiqiçi olmaq istəyim anamdan gəlib. Onun sayəsində bu sənətdəyəm. O öyrədib məni. Açığını deyim ki, müğənni olmağa o qədər də həvəsim yox idi. Sadəcə, özüm üçün evdə oxuyurdum. Anam müğənni olub. Düşünmürdüm ki, mən də bir gün müğənni olacam. Beş yaşımdan oxuyuram.

- Musiqi təhsilin var?

- Bəli var. İfaçılıq sənətində ilk müəllimim anam olub. Daha sonra Sevinc Tağıyevadan muğam dərsləri almışam. Sonra Bülbül adına orta-ixtisas musiqi məktəbində xalq artisti Arif Babayevin tələbəsi olmuşam. Səkkiz il Moskvada yaşamışam, son beş ildir ki, Bakıdayam. Bir neçə muğam festivallarında olmuşam və 2002-ci ildə Azərbaycanda muğam üzrə qram-pri mükafatına layiq görülmüşəm.

- Bəs necə oldu ki, gedib Türkiyəyə çıxdın?

- Keçən il “Ve kazanan” layihəsindən Azərbaycana gəlmişdilər. Elə burda məni seçdilər. Sözün açığı, mənim o müsabiqədə iştirakım sual altında idi. Çünki buna əngəl olan insanlar var idi. Müsabiqədən mənlə maraqlanan zaman arada gəlib-gedən insanlar adımdan açıqlama vermişdilər ki, guya mən orada iştirak etmək istəmirəm. Bunu da son anda bildim. Özüm zəng etdim layihənin təşkilatçılarına söylədim ki, gəlirəm. Beləliklə getdim və son seçimlər də orada oldu. İlk efir günü məni dəvət etdilər. Yaxşı çıxış etdim. Finala qədər gəlib çıxdım. Sonda ikinci odum. Sevinirəm ki, o qədər iştirakçıları qabaqlayıb, ikinciliyi qazandım.

- Türkiyədə ikinciliyi qazandıqdan sonra sənə münasibətlər necə oldu?

- Türkiyədə münasibətlər əla oldu. Münsif kürsüsündə əyləşən türkiyəli müğənnilər Kənan Doğlu və Şəbnəm Fərah də mənə görə pis olmuşdular. Çünki onların hər ikisi istəyirdilər ki, məni birinciliyi qazanım. Hətta mən ikinci olanda Kənan Doğlunun gözlərinin dolduğunu gördüm. Amma mən çox sevinirdim. Azərbaycana gələndə yalnız “Xəzər” telekanalının “İncilər” verilişi məni çəkdi. Başqa maraqlanan telekanal olmadı. Öz ölkəmdə o qədər də diqqət görmədim. Belə ən çox diqqəti “Youtube” şəbəkəsində gördüm. (gülür) Müsabiqə zamanı ifa etdiyim videolar ora yüklənib və yaxşı baxılıb.

- Müsabiqədən sonra təkliflər oldumu?

- Müsabiqə bitən gündən bir çox təkliflər almışam. Amma hələ gözləyirəm.

- İfaçılıqla bağlı planların nədən ibarətdir?

- Uşaqlıq illərimdən Türkiyə şou-biznesinə qatılmağı arzu etmişəm. Qismət Allahdandır. Görək nə olur.

- Söylədin ki, münsiflər səni dəstəkləyirdilər? Niyə birgə layihə etmədiniz?

- Şəbnəm Fərəh və Kənan Doğlu indi də məni Türkiyəyə dəvət edirlər. Deyirlər ki, gəl, birlikdə işlər görək. Əsas da Kənan Doğulu təklif edir. Amma bəzi işlərim var ki, gedə bilmirəm. İndi də məni gözləyirlər. Hətta Şəbnəm Fərah mənə dedi, sənin pərəstişkarınam. Onların dilindən xoş sözləri eşitmək xoş idi. Onlar mənə qarşı addımı atıblar. İndi mənim addım atmağım qalıb.

- Bəs bu addımı atmağa nə mane olur?

- Tam açıqlamaq istəmirəm. Bəzi şəxsi problemlərim var. Yoxsa çoxdan Türkiyəyə getmişdim. Azərbaycanda özümə qarşı o qədər də diqqət görmədim. Artıq bir az həvəsdən düşmüşəm. Çünki istedada qiymət vermirlər. Müsabiqədəki çıxışıma Azərbaycanda qiymət, diqqət verilmədiyinə görə, elə bilirəm ki, bu gündən sonra da nəsə uğurlu işlər görsəm, elə həmin səviyyədə də qalacam. Ümumiyyətlə tez həvəsdən düşən insanam.

- Müsabiqə zamanı geyindiyin geyimlər özünüzə məxsus idi, yoxsa...?

- Müsabiqə başlamadan qabaq mənə dedilər ki, geyimlərini gətir, biz seçək. Bir neçə libas gətirdim, içindən seçdilər. Yəni öz seçimimlə geyinməmişdim.

- Sponsora ehtiyacınız var?

- Açığı, sponsor axtarışında deyiləm. Çünki indi sponsor sözünün müxtəlif anlamları var.

- Müsabiqədə ikinciliyi qazanıb Azərbaycana qayıdan zaman hansı sənətçilərdən xoş rəylər aldın?

- Elnur Məmmədov, Zamiq Hüseynov, Natavan Həbibi, Röya Ayxan, və Murad Arifdən təbriklər aldım. Röya ilə toyda rastlaşdıq. Zamiqin vasitəsi ilə məni tanıdı. Çox sağ olsunlar ki, məni təbrik etdilər. Aparıcı Nanə Ağamalıyeva da məni verilişində təbrik etmişdi. Hətta demişdi ki, məni verilişinə dəvət edəcək. Amma hələ də dəvət gəlməyib. İnanmıram ki, dəvət olunam. Hazırda hər şey pulun əlindədir.

- Hələ ki, şou aləminə qatılmamısınız. Kənarda şou-biznes necə görsənir?

- Çox pis. Xarakterim elədir ki, kənardan seyr etməyi sevirəm. Yəni hər şeyə qarışan deyiləm. Azərbaycan kanallarına elə də baxmıram. Amma gördüyüm qədəri ilə yaxşı görsənmir. Üzdə olan müğənnilərin hamısı əla oxumurlar. Canlı ifa başqa şeydir. Mən heç kimi pisləmək istəmirəm. Hərəsinin özünə görə ifa tərzi var. Amma səsi olmayanlar, xaric oxuyanlar çoxdur.

- Şou-biznesdə kim tanınmaq istəyir qalmaqala əl atır. Bəlkə siz də...

(Sözümü yarımçıq kəsir) Mənə o üsul lazım deyil. Mənim sənətim var. Qalmaqalla tanınmaq istəmərəm.

- Şou-biznesdə kimdənsə duet təklifi almısan?

- Müğənni Elton Hüseynəliyev mənə duet təklif etdi. Mən də dedim ki, bir gün oxuyarıq. Amma elə də qaldı.

- Gələcək planların nədən ibarətdir?

- Müğənni mahnıları ilə tanınar. Yeni mahnılar yazdırmışam. Amma o mahnıları harada ifa edim? Mahnı hazır olduqdan sonra onun reklamına pul lazım olur. Bir mahnı radioda, televiziyada səslənməlidir ki, insanlar da məni tanısın. Ona görə də hələ ki, Türkiyədən gələcək təklifləri gözləyirəm. Amma onu da deyim ki, şou-biznesdə bir çox müğənnilərin gözü məni götürmür. Səbəbini isə bilmirəm.

- İmicinizdə yenilik etməyi düşünürsünüz?

- Hə, istəyirəm ki, gələn ay burnumu kəsdirim. Çünki bir çox insanlar mənə deyir ki, burnunu kəsdir. Hələ ki, Azərbaycanda burnumu əməliyyat edəcək həkim axtarışındayam. Burnuma görə kompleks keçirirəm.

Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ
Məşhur yarışmada jüriləri mat qoyan azərbaycanlı qız: "Məni gözləri götürmür" - MÜSAHİBƏ