Kiyev "Dinamo"sunun hücumçusu Andrey Karmolenkonu növbəti mövsümdən etibarən İngiltərə Premyer Liqasında görə bilərik.
Metbuat.az "Metro"ya istinadən xəbər verir ki, "Tottenhem" ukraynalı futbolçuya görə klubuna 15 milyon avro təklif edib.
Qeyd edək ki, "Tottenhem"lə yanaşı, digər ingilis klubu "Stok Siti" də onun xidmətində maraqlıdı. Yarmolenko bu gün danışıqların getdiyini təsdiqləsə də, konkret klub adı çəkməyib.
Geridə qalan mövsümdə Ukrayna çempionatında 26 matçda meydana çıxan Yarmolenko 14 qol, 13 məhsuldar ötürməylə yadda qalmışdı.