Vyanada mühüm görüş

Vyanada mühüm görüş
12:41 26 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfəri çərçivəsində Avstriya-Azərbaycan Ticarət Palasının üzvləri, Avstriya parlamentinin nümayəndələri və iş adamlarının iştirakı ilə birgə görüş keçirib.

XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, yanvarın 25-də baş tutan grüşdə Azərbaycan ilə Avstriya arasında iqtisadi, ticarət, enerji və turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin iqtisadi əməkdaşlığın inkişafında biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi vurğulanıb, Azərbaycan və Avstriya hökumətlərinin dəstəyi ilə qarşılıqlı biznes səfərləri və forumların təşkili müzakirə edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR