Bu gün İngiltərə Premyer Liqasında 2015/16 mövsümünə start veriləcək.
Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.
Mövsümün ilk oyununu həm də günün əsas oyunu hesab etmək olar ki, bu matçda "Mançester Yunayted" öz meydanında "Tottenhem"i qəbul edəcək. Görüş saat 16:45-də start götürəcək.
Ötən mövsümün çempionu "Çelsi" isə ilk matçında "Suonsi"ni qonaq edəcək.
Avqustun 9-da isə daha 3 qarşılaşma oynanılacaq. "Arsenal" "Vest Hem"i, "Nyukasl" "Sauthempton"u, "Stok Siti" isə "Lievrpul"u sınağa çəkəcək.
Turun son oyununda isə "Mançester Siti" "Vest Bromviç"ə qonaq olacaq. Bu görüş avqustun 11-də, saat 00:00-da başlayacaq.
İngiltərə Premyer Liqası
2015/16 mövsümü
I tur
8 avqust
"Mançester Yunayted" - "Tottenhem" - 1:0
Qol: Uolker, 22 (avtoqol)
"Bornmut" - "Aston Villa" - 0:0
"Everton" - "Uatford" - 0:1
Qol: Layun, 14
"Lester" - "Sanderlend" - 3:0
Qol: Vardi, 11, Mahrez, 18, 25
"Norviç" - "Kristal Palas" - 0:0
21:30. "Çelsi" - "Suonsi"
9 avqust
17:30. "Arsenal" - "Vest Hem"
17:30. "Nyukasl" - "Sauthempton"
20:00. "Stok Siti" - "Liverpul"
11 avqust
00:00. "Vest Bromviç" - "Mançester Siti"
Milli.Az