İngiltərə Premyer Liqasının yeni mövsümü "Liverpul" üçün uğurlu başlayıb. Ötən mövsümün sonunda "Britannia" arenasında "Stok Siti" klubuna 1:6 uduzan "qırmızılar" bu dəfə minimal hesabla qələbə qazanıblar. Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "mersisaydlılar"ın baş məşqçisi Brendan Rocers fikirlərini media lə bölüşüb.
"Stok Siti" ilə oyun çətin keçdi. Müdafiədə etibarlı oynadıq. İnanırdıq ki, komandanın səviyyəsi oyunu qalib başa vurmağa imkan verəcək. May ayında böyük hesablı yenilgi məyusedici idi. Lakin bu gün keyfiyyət və intizam gördünüz. Azarkeşlər bizim oyunumuzdan razı qala bilərlər. Koutinyonu meydandan çıxarmaq istəyirdim. Denni İnqs onun əvəzinə meydana daxil olmalı idi. Lakin o, qolunu vurdu və oyunda qaldı. Koutinyo artıq bir ulduzdur. O, yalnız 3 həftə məşq edib. Hələ optimal formasında deyil".
"Liverpul"u növbəti turda "Bournmut"la oyun gözləyir.
Milli.Az