"İnter"in yarımmüdafiəçisi Xerdan Şakirinin "Stok Siti"yə keçidi rəsmiləşmək üzrədir.
Metbuat.az "The Telegraph"a istinadən xəbər verir ki, isveçrəli futbolçu bu gün İngiltərədə tibbi müayinədən keçib və uzunmüddətli müqavilənin şərtlərini klubla razılaşdırıb.
Yaxın günlərdə transferin rəsmiləşəcəyi bildirilir. Şakirinin "Tottenhem"lə oynanılacaq matçda meydana çıxmaq ehtimalı var.
Keçidin "Stok Siti"yə 12 milyon funta (17 milyon avro) başa gəldiyi bildirilir.