[ 26 Yanvar 2015 18:26 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər.

Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq. Toplantıda deputatlar məsələ barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər fevralın 4-də başa çatacaq.