Qadınların bədənindən qazananlar tutuldular

Qadınların bədənindən qazananlar tutuldular
19:52 26 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan Taleh Əhmədov gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.

Kəpəz televiziyası (Region TV) xəbər verir ki, bundan başqa İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Goranboy rayon sakini Şəkər Namazovanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır. Hazırda istintaq Taleh Əhmədovun və Şəkər Namazovun qurbanlarını müəyyənləşdirir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR