Dünyanın ən kriminal şəhərləri (FOTO)

Dünyanın ən kriminal şəhərləri (FOTO)
22:06 26 Yanvar 2015
229 Sosial
Ölkə mətbuatı
A- A+

Dünyanın ən kriminal şəhərlərinin reytinqi açıqlanıb.

ANS PRESS-in məlumatına görə, reytinq cədvəlini Meksikanın ictimai təhlükəsizlik və cinayət hüququ məsələləri üzrə məsləhət şurası tərtib edib.

Tədqiqata görə, dünyadakı bütün qətllərin üçdə biri Latın Amerikasında olur. Qeyd edək ki, region dünya əhalisinin cəmi 8%-i təşkil edir.

Narkotrafik, cinayətkar qruplaşmaların arasında müharibələr, siyasi qeyri-sabit, korrupsiya və yoxsulluq - bütün bunlar regionda kriminoloji vəziyyətin pisləşməsinə imkan yaradır.

Məsləhət şurası tərəfindən təşkil edilmiş reytinqdə əhalisi 300 min insandan yuxarı şəhərlər göstərilib. Reytinqdə döyüş zonalarında ölümcül hadisələrin sayə göstərilir. Buna görə bəzi şəhərlər bu siyahıya daxil olmayıb. Siyahıya 50 şəhər daxil olub.

Beləliklə, aşağıdakı siyahıda dünyanın 20 ən kriminal şəhərini təqdim edirik:

1. San - Pedro-Sula, Honduras: 100 min insanda 171,20 qətl
2. Karakas, Venesuela: 100 min insanda 115,98 qətl
3. Akapulko, Meksika: 100 min insanda 104,16 qətl
4. Juan-Pessoa, Braziliya: 100 min insanda 79,41 qətl
5. Distrito Sentral, Honduras: 100 min insanda 77,65 qətl
6. Maseyo, Braziliya: 100 min insanda 72,91 qətl
7. Valensiya, Venesuela: 100 min insanda 71,08 qətl
8. Fortaleza, Braziliya: 100 min insanda 66,55 qətl
9. Kali, Kolumbiya: 100 min insanda 65,25 qətl
10. San-Luis, Braziliya: 100 min insanda 64,71 qətl
11. Natal, Braziliya: 100 min insanda 63,68 qətl
12. Syudad-Quayana, Venesuela: 100 min insanda 62,13 qətl
13. San-Salvador, Salvador: 100 min insanda 61,21 qətl
14. Keyptaun, CAR: 100 min insanda 60 qətl
15. Viktoriya, Braziliya: 100 min insanda 57 qətl
16. Kuyaba, Braziliya: 100 min insanda 56,46 qətl
17. Salvador, Braziliya: 100 min insanda 54,31 qətl
18. Belen, Braziliya: 100 min insanda 53,06 qətl
19. Sent-Luis, Missurinin ştatı, ABŞ: 100 min insanda 49,93 qətl
20. Terezina, Braziliya: 100 min insanda 49,49 qətl








































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=322020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR