"Aston Villa" "Barselona"dan gənc vinqer Adama Traorenin transferini reallaşdırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Birmingem klubu bunun üçün qarşı tərəfə 12 milyon funt ödəyib. Traore "Aston Villa" ilə 5 illik müqaviləyə imza atıb. "Barselona"nın əsas komandasında da debüt etməyə imkan tapan Traore ilə PRemyer Liqanın digər təmsilçiləri "Stok Siti" və "Liverpuol" da maraqlanırdı. Müqaviləyə görə, "Barsa" fikrini dəyişsə, onu yenidən transfer edə biləcək. "Aston Villa"nın baş məşqçisi Traoreni zarafatla Messi və Ronaldunun qarışığı adlandırıb.
"O, fiziki cəhətdən güclü, sürətli, dinamik və manevr bacarığı olan futbolçudur. Messi və Ronaldonun qarışığıdır. Qarşıda nəyin olacağını heç kim bilmir. Traore kimi futbolçular az tapılır".
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm "Barcelona B"də 37 oyuna çıxmış və rəqib qapılarına 3 dəfə yol tapmışdı.
Milli.Az