Saatlı sakinindən narkotik vasitə götürülüb

04:17 27 Yanvar 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 04:14 ]

Saatlı. Əlibəy Zeynallı-APA. Saatlı sakininin evində əkib-becərdiyi narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

APA-nın Mil-Muğan bürosuna Saatlı polis şöbəsindən verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Qarayevkənd sakini,  1980-ci il təvəllüdlü  Ağayev Ağamərdan Ənvər oğlu   şübhəli  şəxs qismində  saxlanılıb. Onun  üzərinə baxış keçirilərkən ondan 2 ədəd kibrit qutusuna qablaşdırılmış qurudulmuş marixuana   aşkarlanıb. Daha sonra saxlanılan şəxsin etirafı əsasında onun evinin zirzəmisində gizlətdiyi 400 qramdan çox qurudulmuş marixuana aşkarlanaraq istintaqa təhvil verilib. 

 

Məlum olub ki,  Ağamərdan Ağayev  narkotik  vasitələri ona məxsus həyətyanı sahədə  əkib və becərib. A.Ağayev barəsində həbs-qəti imkan tədbiri seçilib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR