Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, sentyabrda nümayiş olunacaq “Minyonlar” animasiya filmi üçün dublyaj studiyasına keçən cütlük bir-birlərinin ünvanına təriflər yağdırıb. Xüsusilə Kənan Bereni Türkiyənin ən yaxşı aktrisası adlandırıb:
“Berenlə eyni layihədə olmaq xüsusilə gözəldir. Çünki o, işini çox yaxşı görən insandır. Türkiyənin ən yaxşı aktrisası olmaqla yanaşı, möhtəşəm dublyaj edir. Ondan hər an nəsə öyrənmək olur”