Bakı – APA. İsmayıllı rayonunun Güyüm kəndində vətəndaşa məxsus, ümumi sahəsi 124 kv.m olan kürsülü, birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.