Aktrisa Beren Saat və qayınanası Serpil Doğulu arasındakı gərginlik bitmir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, əvvəl qaynı arvadı Ece Doğulu ilə gərginlik yaşayan aktrisanın sonra qayınanası ilə də arası dəyib.

İddialara görə, Serpil D. Berenin İnstaqramdakı siyasi yazılarına görə narahat olaraq ona xəbərdarlıq edib.

Keçən həftələrdə həyat yoldaşı, müğənni Kənan Doğulu ilə birgə ABŞ-a gedən B.Saat yenə diqqət çəkib. O, qayınanasını və qaynı arvadını İnstaqramdakı dostları arasından silib. Eləcə, K.Doğulu da anasını izləməkdən çıxarıb.

Dedi-qodulara görə, gəlin-qayınana problemləri ana ilə oğulun arasını vurub.

Qeyd edək ki, İstanbuldakı son konsertində Kənan Doğulunu Serpil D. və Ece D. ilk slrada oturaraq dinləmiş, B.Saat isə onlarla görünməmişdi.