Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında 2-ci tura yekun vurulub. Son oyunda "Liverpul" öz meydanında Liqanın debütantı "Bournemouth"u qəbul edib. Ötən tur "Stok Siti"ni minimal hesabla məğlub edən "qırmızılar" bu dəfə də eyni nəticəni təkrarlayıblar. Yeganə qolu Kristian Benteke aktivinə yazdırıb.
İngiltərə Premyer Liqası, 2-ci tur
Liverpool - Bournemouth - 1:0
Qol: Benteke 26
Milli.Az