Gündüz kişi, gecə qadın olanlar (FOTO)

Gündüz kişi, gecə qadın olanlar (FOTO)
12:31 27 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

27 yaşlı Vassiim Əkrəm Pakistanda telefon dükanında satıcı işləyir. Amma Əkrəmin gündüz ilə gecə həyatı arasında dağlar qədər fərq var.

ANS PRESS-in məlumatına görə o, gündüz satıcı, gecə isə rəqqasə olaraq pul qazanır. Belə ki, hava qaralandan sonra Əkrəm həyatına "Rani" olaraq davam edir. Pakistanda toy şənliklərində rəqs edən rəqqasələr belə adlanır.

Əkrəm pula görə belə etdiyini deyir. "Həyat çox çətindir. Bir işdə işləməklə ailəmi dolandıra bilmirəm. Toy və özəl şənliklərdə rəqqasəlik etmək mobil telefon satmaqdan daha çox pul qazandırır", - deyərək etdiyinə bəraət qazandırır.

Pakistanda bu tərz həyat yaşayan insanlar az olmasa da, onlar özlərini gizləməli olurlar. Burada onları öldürməkdən belə çəkinmirlər. Bəziləri isə ailələrinin qorxusundan şəhərə köçür və burada "iki cinsli" insanlar kimi həyatlarına davam edirlər.





























Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR