Rusiya Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib

Rusiya Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib
13:05 27 Yanvar 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib
APA xəbər verir ki, beynəlxalq axtarışa verilən azərbaycanlı Asif Məmmədovdur.

Onun 2014-cü ilin oktyabrında Kemerovo vilayətinin Novokuznetsk şəhərində öz həmyerlisini odlu silahla qətlə yetirdiyi bildirilib.

Şəhərdə yerləşən otellerin birində həmyerlisi ilə görüşə gələn Asif Məmmədov üstündə gəzdirdiyi tapançadan 50 yaşlı həmyerlisinə bir neçə dəfə atəş açıb. Daha sonra o, hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, Asif Məmmədovun axtarışları davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR