Bakıda sürücü maşınla vurduğu qadını yolda qoymadı

Bakıda sürücü maşınla vurduğu qadını yolda qoymadı
07:11 27 Dekabr 2014
145 Digər
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “Mercedes” markalı avtomaşın yolu keçmək istəyən qadını vurub. Hadisə şəhər şosessi döngə 5-də baş verib. Şəhər istiqamətində “Mercedes” markalı avtomobili ilə hərəkətdə olan Rəşad Bəhramov yolu keçmək istəyən piyada 57 yaşlı Zeynəb Qəhrəmanovanı vurub.

Sürücü hadisədən dərhal sonra yaralını avtomobilinə əyləşdirərək 3 saylı xəstəxanaya aparıb. Xəstəxanadan piyadanın vəziyyətinin ağır olduğunu bildiriblər. Xəstəxanadan məlumat alan polis əməkdaşları araşdırma aparılması üçün hadsə yerinə cəlb olunublar.

Xəstəxanada olan sürücü Rəşad Bəhramov ifadəsinin alınması üçün Sabunçu rayon polis idarəsinə aparılıb. Faktla əlaqədar araşdırmalar aparılır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR