"Korintians"ın futbolçusu Alexandro Pato karyerasını İngiltərədə davam etdirə bilər. Goal.az "the Telegraph"a istinadən xəbər verir ki, Braziliya klubu "Çelsi" və "Mançester Yunayted"ə 25 yaşlı futbolçunu transfer etməyi təklif edir. Pato üçün transfer qiyməti 11 milyon avro müəyyənləşdirilib. Patonun xidmətlərində "Stok Siti" və "Sanderland" də maraqlıdır.
Milli.Az