Gənc qiz dəfn olunduğu zaman dirilib.

ANS PRESS-in məlumatına görə, əslən Hondurasdan olan 16 yaşlı Neysi Peres dəfn zamanı qəflətən qışqırmağa başlayıb.

Qızın tabutunu aparan kədərlənmiş qohumlar dəhşətdən təşvişə düşüblər. Mərhum hətta tabutun yan divarında kəsilmiş pəncərəni sındırıb. Neysi Peres oyanandan sonra, yaxınları onu həyata qaytarmağa çalışıblar. Onlar həkimləri çağırıblar, lakin tibb işçiləri onu sağalda bilməyiblər.

Hazırda gənc qızın valideynləri həkimləri mühakimə edirlər. Neysi Peresin valideynlərinin fikrincə, həkimlər əvvəldən onların qızına səhv diaqnoz qoyublar.

Bu birinci dəfə deyil ki, insanlar dəfn zamanı oyanıblar. Oxşar hadisə Çində fevral ayında baş verib.