Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında xalq artisti Habil Əliyev ilə vida mərasimi keçirilir.

ANS PRESS-in məlumatına görə, mərasimə mərhumun ailə üzvləri, dostları, incəsənət xadimləri və tanınmış sənət adamları iştirak edirdi.

Vida mərasimində mərhumun ailə üzvləri, tanınmış şəxslər Habil Əliyev haqda öz təəssüratlarını bölüşüblər.

Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva bildirdi ki, o, Habil Əliyevdən həyatı boyu bir dəfə də olsa pislik görməyib.

"Mən hər zaman Habil müəllimlə fəxr etmişəm. O, mənə həyat yoldaşından daha çox dayaq idi. Onun yoxluğunu hər zaman hiss olunacaq", -deyə Şərqiyyə Əliyeva bildirib.

Xalq artisti Canəli Əkbərov isə sənatkarın yaradıcılığını bir neçə dəqiqəyə anlatmağın mümkün olmayacağını dedi. Onun sözlərinə görə, Habil Əliyev bütün Azərbaycanın sevimlisi idi.

"Mən onun yaradıcılığını bir neçə dəqiqəyə anlatmağa çalışsam bu sənətkara hötmətsizlik olar. Onu ifadə etmək üçün günlər lazımdır. Ancaq onu deyə bilərəm ki, Habil möhtəşəm sənətkar və sadiq dost idi", -deyə C. Əkbərov dedi.

Sənətkarın oğlu Rəvan Habil oğlu isə atasının ona ata deyil, dost olduğunu dedi.

Dövlət Flarmoniyasında xalq artisti ilə vida mərasimi aona çatdıqdan sonra O, birinci fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Habil Əliyev uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Habil Əliyevlə vida mərasimi keçirilir (FOTO)

habil Əliyevin vida mərasimindən