Kənan Doğulu həyat yoldaşı Beren Saata qarşı yaradılan etiraz qrupuna fəaliyyətinə dair hərəkətə keçib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin dörd bir yanında təşkil olunan terrora qarşı etirazlardan biri HDPYE səs verdiyi iddia edilən Beren Saata qarşı yönəlib.

Qəzəbli qrup Saatın rol aldığı "Aşkı Memnu" serialının çəkildiyi villanın qarşısında toplanaraq, "Beren Saata inad olaraq terrora yox" deyə şüarlar səsləndiriblər. Qrup yarım saatdan sonra dağılıb.

Bu haqda eşidən Kənan Doğulu həyat yoldaşı üçün əməlli-başlı narahat olub. Günlərdir xanımına və özünə qarşı sosial mediada yazılan sərt şərhləri oxuyan Kenan Doğulu, Beren Saatı hər yerdə qoruya biləcək cangüdənə müraciət etməyi qərara alıb.

"Twitter" və "Instagram"dan təhdid alan Beren Saatın bu şəxslərin aşkar edilməsi üçün prokurorluğa şikayət etdiyi bildirilir. Kənan Doğulu isə həyat yoldaşının qoruyacaq cangüdəni özünün seçəcəyini bildirib.

Cütlük 2.5 illik münasibətdən sonra Los Ancelesdə Malibu çimərliyində nikah masasına oturub.

Beren Saatın həyatı təhlükə altındadır (FOTO)
Kənan Doğulu və Beren Saat