Elektron arayış əsasında kredit verən bankların sayı artacaq

Elektron arayış əsasında kredit verən bankların sayı artacaq
15:29 27 Dekabr 2014
105 Digər
Ölkə mətbuatı
A- A+

“Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətinə artıq bir neçə bank qoşulub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hazırda bu xidmətdən bir sıra banklar faydalanmaqdadır.

 

Yaxın zamanda isə digər banklar da bu e-xidmət vasitəsilə kredit vermə prosesini sadələşdirəcəklər. Vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edir.

Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR