Şamaxıda güclü partlayış: yaralanan var

Şamaxıda güclü partlayış: yaralanan var
15:46 27 Dekabr 2014
82 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Şamaxı şəhərində güclü partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə nəticəsində bir nəfər ağır yaralanıb.

Hadisə Şamaxı şəhərinin M.F.Axundov küçəsindəki 68 saylı mənzildə qeydə alınıb. 1971-ci il təvəllüdlü ev sahibi Nigar Səlim qızı Hüseynova hamam otağındakı su qızdırıcısını işə salmaq istəyib. Bu zaman partlayış baş verib.

Hadisə nəticəsində Nigar Hüseynova xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR