Miladi: 15 sentyabr 2015
Hicri: 31 Zilqədə 1436
İlin 258-ci günü
İlin sonuna 107 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06:09
Günəş – 07:19
Zöhr – 13:41
Əsr – 17:42
Məğrib - 20:08
İşa – 21:27
Dünyada olan hadisələr
1514-cü ildə Osmanlı ordusu Təbrizi tutub.
1798-ci ildə İrlandiyanı ələ keçirməyə çalışan fransız qoşunları ingilislərə təslim olublar.
1847-ci ildə ABŞ qoşunları Mexikoya daxil olublar.
1916-cı ildə Birinci dünya müharibəsi zamanı ingilislər ilk dəfə olaraq tanklardan istifadə ediblər.
1917-ci ildə Rusiyada Müvəqqəti hökumət qurulub.
1924-cü ildə Bessarabiya separatçıları Rumıniyadan ayrılaraq SSRİ ilə birləşmək üçün üsyana qalxmışlar.
1928-ci ildə İngilis mikrobioloqu Aleksandr Frleminq penisillini kəşf edilib.
1930-cu ildə Avstriya vətəndaşı Adolf Hitlerin Reyxstaqın deputatı olmaq arzusu baş tutub.
1942-ci ildə İkinci dünya müharibəsi zamanı alman qoşunları Stalinqrada hücuma keçib.
1959-cu ildə Xruşşovun ABŞa 13 günlük səfəri başlayıb.
1971-ci ildə "Green Peace" təşkilatı yaradılıb.
1975-ci ildə Pink Floyd qrupunun "Wish You Were Here" albomu satışa çıxarılıb.
1981-ci ildə Kanadanın Albert şəhərində dünyanın ən böyük ticarət mərkəzi açılıb. (483 000 m2)
1982-ci ildə İsrail ordusu Qərbi Beyrutu ələ keçirib.
1993-cü ildə Maykl Cekson ilk dəfə Moskvaya konsert proqramı ilə çıxış edib.
2000-ci ildə Çin arxeoloqları Çingiz xanın qəbrini aşkar ediblər.
2011-ci ildə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanan Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi keçirilib.
Azərbaycanda olan hadisələr
Bilik Günü kimi qeyd edilir.
1918-ci ildə Bakı Qafqaz-İslam Ordusu tərəfindən daşnak və eserlərdən azad olunaraq Azərbaycanın paytaxtı elan edilib.
2004-cü ildə Astanada Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Köçəryan ilə təkbətək görüşü keçirilib.
2008-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının təntənəli hərbi andiçmə mərasimi keçirilib.
Doğumlar
1254-cü ildə Marko Polo – italyan səyyah (ö. 1324)
1613-cü ildə Fransua de Laroşfuko – fransız yazıçı (ö. 1680)
1789-cu ildə Ceyms Fenimor Kuper – amerikalı yazıçı (ö. 1851)
1828-ci ildə Aleksandr Butlerov – rus kimyaçı, üzvi kimyanın banisi (ö. 1886)
1830-cu ildə Porfirio Dias – Meksika prezidenti (ö. 1915)
1857-ci ildə Uilyam Taft – ABŞ-ın 27-ci prezidenti (ö. 1930)
1867-ci ildə Vladimir May-Mayevski – rus əks-inqilabçısı (ö. 1920)
1876-cı ildə Bruno Valter – alman dirijor (ö. 1962)
1881-ci ildə Ettore Buqatti – italyan avtomobil mühəndisi və dizayner (ö. 1947)
1890-cı ildə Aqata Kristi – ingilis detektiv yazıçı, "Erkül Puaro" və "Miss Marpl" obrazlarının yaradıcısı (ö. 1976)
1894-cü ildə Jan Renuar – fransız kinorejissor, məşhur impressionist rəssam Pyer-Ogüst Renuarın oğlu, Oskar mükafatı laureatı (ö. 1979)
1904-cü ildə II Umberto - İtaliya kralı (ö. 1983)
1907-ci ildə Qunnar Ekelöf – İsveç şairi və yazıçısı (ö. 1968)
1907-ci ildəFey Rey - amerikalı kinoaktrisa (ö. 2004)
1914-cü ildə Adolfo Byoy Kasares – argentinalı yazıçı (ö. 1999)
1914-cü ildə Orxan Kamal – türk yazıçı (ö. 1970)
1924-cü ildə Bobbi Şort – amerikalı musiqiçi (ö. 2005)
1925-ci ildə Kiril Lavrov – rus aktyor, SSRİ xalq artisti (ö. 2007)
1926-cı ildə Jan-Pyer Serr – fransız riyaziyyatçı.
1929-cu ildə Mürrey Gell-Mann – Amerikalı fizik, 1969-cu il Nobel Fizika Mükafatı laureatı
1937-ci ildə Robert Lukas – Amerika iqtisadçısı, 1995-ci il Nobelin İqtisadiyyat Mükafatı laureatı
1937-ci ildə Fernando de la Rua – Argentinanın 51-ci prezidenti
1941-ci ildə Miroslav Hermaşevski (Mirosław Hermaszewski) – Polşa kosmonavtı, Sovet İttifaqı qəhrəmanı
1941-ci ildə Yuri Norşteyn – rus animatoru
1945-ci ildə Hans-Gert Pötterinq – alman siyasətçisi, Avropa Parlamentinin sədri
1946-cı ildə Tommi Li Cons – Amerikalı aktyor, Oskar mükafatı laureatı
1946-cı ildə Oliver Stoun – Amerikalı rejissor
1959-cı ildə Brilliant Dadaşova – Azərbaycan Respublikasının xalq artisti
1984-cü ildə Uels şahzadəsi Henry – şahzadə Çarlz və şahzadə Diananın ikinci oğlu
Ölümlər
668-cı ildə Bizans imperatoru II Konstant, (d. 630)
1700 –cü ildə Andre Lenotr (André Le Nôtre) – fransız memarı (d. 1613)
1835-ci ildə Sara Noks Teylor – Cefferson Devisin xanımı (d. 1814)
1842-ci ildə Fransisko Morasan (José Francisco Morazán Quezada) – Mərkəzi Amerika Federativ Respublikasının prezidenti (d. 1792)
1926-cı ildə Rudolf Kristof Eyken (Rudolf Christoph Eucken) – alman yazıçısı, 1908-ci il Nobel Ədəbiyyat Mükafatı laureatı (d. 1846)
1945-ci ildə Andre Tardyö (André Tardieu) – 1929-1932-ci illərdə Fransanın baş naziri (d. 1876)
1945-ci ildə Anton Vebern – Avstriya bəstəkarı (d. 1883)
1973-cü ildəİsveç kralı VI Qustav Adolf (d. 1882)
1978-ci ildə Villi Messerşmit (Wilhelm Emil Messerschmitt) – alman təyyarə dizayneri (d. 1898)
1980-cı ildə Bill Evans – Amerika caz pianisti (d. 1929)
1989-cu ildə Robert Pen Uorren – Amerikalı yazıçı-şair (d. 1905)
2003-cü ildə Yozef Hirsal (Josef Hirsal) – çex yazıçısı (d. 1920)
2005-ci ildə Sidni Luft – Amerikalı kinorejissor (d. 1915)
2007-ci ildə Kolin Makrey (Colin McRae) – şotland ralli sürücüsü (d. 1968)
2007-ci ildə Ser Ceremi Mur – Folklend müharibəsində Britaniya quru qoşunlarının komandanı (d. 1928)
2008-ci ildə Riçard Rayt (Richard Wright) – pianoçu və Pink Floyd qrupunun yaradıcılarından biri (d. 1943)
Bayramlar və xüsusi günlər
Qvatemala, Honduras, Nikaraqua, Kosta-Rika və Salvadorda Müstəqillik günü
Azərbaycan, Bilik günü
Beynəlxalq Demokratiya günü