Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, seçicilərlə 10 ildən artıqdır ki, münasibətləri qura bilmişik: "Seçkiləri qazanmağa inamım var".
Milli.Az-ın əməkdaşı ilə söhbətində A.Mollazadənin dediyinə görə, sədri olduğu partiya 44 namizədlə bölgələrdə təmsil olunacaq: "Namizədliyim 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən irəli sürülücək".
"Biz seçkilərə ənənəvi olaraq hazırlaşırıq. Seçicilərə mesajlarımızı çatdırmaq üçün partiyanın bütün bölgələrdə işçi qrupları var. Onlar seçicilərlə görüşləri, qapıdan-qapıya kampaniyasını həyata keçirirlər. Bununla yanaşı, partiyanın proqramları ilə bağlı mətbuatla ictimaiyyəti tanış edirlər", - deyə Mollazadə bildirib.
Aynurə Məmmədova
Milli.Az