Bu günün tarixi (28.12.2014)

Bu günün tarixi (28.12.2014)
08:36 28 Dekabr 2014
130 Digər
Ölkə mətbuatı
A- A+

Miladi: 28 dekabr 2014
Hicri: 6 Rəbiyəl-əvvəl 1436

İlin 362-cu günü
İlin sonuna 3 gün qalır


Bu günün namaz vaxtları:

Fəcr - 06.46
Günəş - 08.02
Zöhr - 12.45
Əsr - 15.25
Məğrib - 17.37
İşa - 18.59

1308 — Hanazononun başçılığı altında Yapon İmperiyası qurulub

1612 — Qaliley Neptun planetini kəşf edib, lakin onun ulduz olduğunu zənn edib

1836 — İspaniya Meksikanın müstəqilliyini tanıyıb

1846 — Ayova ABŞ-ın 29-cu ştatı olub

1856 — ABŞ-ın iyirmi səkkizinci prezidenti Vudro Vilson anadan olub.

1869 — Amerikalı Villiam E. Semple saqqıza patent alıb

1895 — Alman fizik Vilhelm Rentgen beynəlxalq konfransda yeni şüa kəşf etdiyini bəyan edib

1904 — sovet kinorejissoru Sergey Yutkeviç anadan olub

1908 — Sicilyada zəlzələ 78 000 insanın həyatına son qoyub

1917 — Britaniyada qadınlara seçki hüququ verilib

1925 — Rus şairi Sergey Yesenin vəfat edib.

1936 — Xalq artisti Zeynəb Xanlarova anadan olub

1937 — Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli anadan olub.

1942 — Yaponiya hərbi hava qüvvələri Kəlküttəni bombardman edib

1945 — Amerikalı yazıçı Teodor Drayzer vəfat edib.

1948 — Azərbaycan fotoqrafı Elxan Kərimov anadan olub.

1960 — Türk yazıçı Rəşad Nuri Güntəkinin ölümündən 4 il sonra onun "Son sığınacaq" romanı tapılıb

1968 — İsrail xüsusi təyinatlıları Beyrut aeroportunda 14 mülki təyyarəni məhv edib

1989 — Cəlilabadda vəziyyəti nizama salmaq üçün rayona milis dəstələri yeridilib, kütləvi həbslər aparılıb. Buna cavab olaraq xalq raykom və milisin binalarını dağıdıb. Toqquşmalar zamanı 150 nəfər xəsarət alıb

1991 — Türkiyədə ilk kürd dilli qəzet "Rojname" nəşrə başlayıb

1994 — Azərbaycan Respublikası Kamboca ilə diplomatik əlaqələr qurmuşdur.

1994 — Bakıda Cəlil Məmmədquluzadənin ev muzeyi açılıb

1997 — Ankarada Metro istifadəyə verilib

1999 — Dövlət Neft Fondu təsis edilib

1999 — Saparmurad Niyazov (Türkmənbaşı) özünü ömürlük prezident elan edib

2001 — Dövlət əmlakının mənimsənilməsi və dövlətə xəyanətə görə Konqonun keçmiş prezidenti Paskal Lissuba barəsində qiyabi hökm çıxarılıb

2007 — Nepal Demokratik Federal Respublikaya çevrilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR